Aktual.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, əvvəllər bu vəzifəni Rüstəm Mamasadıkov tutub. O, Dövlət Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini təyin edilib.
Xatırladaq ki, Adilet Orozbekov 1978-ci ildə anadan olub. O, Qırğızıstan Beynəlxalq Universitetini Diplomatiya və Beynəlxalq Hüquq ixtisası üzrə bitirib və Rusiya FTX Akademiyasında təhsil alıb. Orozbekov polkovnik rütbəsinə malikdir, kəşfiyyat orqanlarında və dövlət qurumlarında geniş iş təcrübəsi var.