AZ

Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? Klubdan AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar “Qarabağ”ın bir sıra futbolçularına xarici klubların maraq göstərməsi ilə bağlı geniş xəbərlər yayılır. Klubun gənc üzvü Nəriman Axundzadənin ABŞ klubuna transfer olunmasından sonra bu məsələ xeyli aktuallaşıb.Klubdan getməsi ehtimal olunan futbolçular arasında Marko Yankoviç və Pedro Bikalyonun da adı çəkilir.Xüsusilə Yankoviçə Avropa klublarının, Bikalyoya isə Braziliya təmsilçilərinin maraq göstərməsi məlumdur.Bəs görəsən bu futbolçulara görə Ağdam klubuna rəsmi təklif gəlibmi?Məsələ ilə əlaqədar “Qarabağ”ın Media və Marketinq departamentinin rəhbəri Anar Hacıyev

Bizim.Media-ya açıqlamasında adları çəkilən futbolçularla bağlı heç bir təklif almadıqlarını bildirib:“Yankoviç və Bikalyo komandamızın əsas və müqaviləli futbolçularıdır. Onlara başqa klubların maraq göstərməsi təbii haldır. Ancaq bizə konkret olaraq heç bir klubdan təklif gəlməyib. Hazırda Yankoviçlə, Bikalyo da komandanın digər üzvləri kimi qarşıdakı oyunlara, əsas da Çempionlar Liqasında keçiriləcək “Nyukasl”la qarşılaşmaya kökləniblər”.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
bizim.media

2Mənbələr