“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Burkina Fasodan olan yarımmüdafiəçi Sedrik Badolo ilə anlaşıb.
27 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, Sedrik Badolo son olaraq Slovakiyanın “Spartak” (Trnava) klubunun formasını geyinib. O, Burkina Faso millisinin də üzvüdür.