İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Nottingem Forest" Şon Dayçla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İngiltərəli çalışdırıcının komandası ötən Premyer Liqada autsayder "Vulverhempton"la 0:0 hesablı heç-heçə edib.
Qeyd edək ki, Şon Dayç 2025-ci ilin oktyabr ayında "Nottingem Forest"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. "Meşəbəyilər" Premyer Liqada 26 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıblar.
saytlarin hazirlanmasi