AZ

Lotereyada 130 min dollar uduzdu, satıcını məhkəməyə verdi

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Çinin Hefey şəhərində bir kişi lotereyada uduzduğu 130 min dolları geri almaq üçün məhkəməyə müraciət edib.Demokrat.az xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.Hefey sakini olan şəxs sentyabr ayında sertifikatlı satış agenti vasitəsilə çox sayda lotereya bileti alıb. Məhkəmə məlumatına görə, o, biletləri seçərək təlimatları sosial şəbəkə tətbiqi vasitəsilə göndərib, sonra isə pulları satıcının hesabına köçürüb. Agent biletləri rəsmi satış məntəqəsindən alaraq onların şəklini çəkib və müştəriyə göndərib.Satıcı bildirib ki, müştərini lotereyaya həddindən artıq pul xərcləmək riskləri barədə dəfələrlə xəbərdar edib və ona mümkün maliyyə itkiləri ilə bağlı yazılı bildiriş göndərib. Alıcının həyat yoldaşı da xəbərdarlığı aldıqlarını təsdiqləyib.Müştəri heç bir uduş əldə etmədikdən sonra satıcı və lotereya idarəetmə mərkəzinə qarşı iddia qaldırıb. Şikayətçi iddia edib ki, biletlərin satışı və ödəniş üsulu, həmçinin nəticələrin sosial şəbəkələrdə yayımlanması qanun pozuntusudur. Onun fikrincə, satış müqaviləsi etibarsız sayılmalı və ödənilmiş 130 min dollar faizlə birlikdə geri qaytarılmalıdır.Məhkəmə qərara alıb ki, təqdim olunan sübutlar biletlərin alınmasına qanunsuz təzyiq göstərildiyini təsdiqləmir. Hakim həmçinin qeyd edib ki, şikayətçi yetkin şəxsdir və tam hüquqi qabiliyyətə malikdir, yəni lotereya biletlərinin uduş təmin etmədiyini anlayır.Eyni zamanda müəyyən edilib ki, agent müştərini xərclərə rasional yanaşmağa çağırıb, lakin o, mümkün riskləri nəzərə almayıb. Buna görə də iddia rədd edilib.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr