AZ

Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin TAM SİYAHISI

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək istəyən şəxslərin adlarını açıqlayıb.

“Yeni Sabah” həmin şəxslərin siyahısını təqdim edir.

Ramiz Mehdiyev

Abbas Abbasov

Əli Kərimli

Rüstəm İbrahimbəyov (vəfat edib)

Fuad Qəhrəmanlı

Qənimət Zayıdov

Məmməd İbrahim

Eldar Əmirov

Bundan başqa, DTX tərəfindən yayınlanmış siyahıdan məlum olur ki, proseslərin maliyyələşdirilməsi məqsədi ilə Rusiyadan Azərbaycana aşağıda adları qeyd olunmuş şəxslər pul göndərib:

Eltac Əhməd oğlu Əlisoy

Müşfiq İbrahim oğlu Qazıyev

Müşfiq Əzizalı oğlu Əsgərov

İbrahim Çərkəz oğlu Məcidov

Elməddin Əziz oğlu İsmayılov

Əli Əliağa oğlu Cavadov

Cavanşir Nusrəddin oğlu Abuşov

Mehman Cavanşir oğlu Abuşov

Qərib Mehdi oğlu Nəbiyev

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb. Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdəşdikləri məlum olub.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
20
5
yenisabah.az

8Mənbələr