Kiyev meri Vitali Kliçko Rusiya ordusunun səhər tezdən şəhərə intensiv hava hücumları etdiyini bildirib.
Sitat.info xəbər verir ki, o, sosial media hesabında verdiyi açıqlamada Kliçko Rusiyanın Kiyevə qarşı hava hücumları həyata keçirdiyini bildirib.
O, hücumların yerli vaxtla səhər saat 4:32-də başladığını qeyd edərək, "Düşmən paytaxtın infrastrukturuna ballistik raketlərlə zərbə endirir" deyib.
Kliçko əlavə edib ki, mövcud məlumata görə, hücumlar nəticəsində Kiyevdə iki nəfər yaralanıb və paytaxta qarşı güclü düşmən hücumu davam edir.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasında da qeyd olunub ki, Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumlar davam edir.
Aytac,
Sitat.info