AZ

bp 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac olunan neftin həcmini açıqladı

Bakı. Trend:

2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 207milyon barel (27 milyon ton) neft ixarc olunub.

Trend bp-yəistinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki 223 milyonbarellə müqyisədə illik ifadədə 7,2 faiz azdır.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyunayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəmərivasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldənçox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərəkdünya bazarlarına göndərilib.

BTC boru kəməri hazırda əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG)yatağından hasil olunan nefti və “Şahdəniz” yatağından kondensatıixrac edir. Bundan əlavə, BTC vasitəsilə Xəzər regionuna məxsusdigər həcmdə neft və kondensatın (Qazaxıstan, Türkmənistan, eləcədə SOCAR tərəfindən Azərbaycanda hasil olunan digər həcmlər) nəqlidavam etdirilir.

“BTC Ko”nun səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni(5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%),EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

Məqalədə:
Seçilən
153
az.trend.az

1Mənbələr