AZ

“Uşaq deyiləm ki ...” Vəfa Şərifova Yıldız Tilbə ilə qalmaqalından danışdı

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müğənni Vəfa Şərifova türkiyəli həmkarı Yıldız Tilbə tərəfindən məhkəməyə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, sənətçi bu barədə “Öz aramızda” verilişində danışıb.

V.Şərifova bildirib ki, məsələnin arxasında sosial şəbəkələrdə yayılan yanlış məlumatlar dayanır:

“Yıldız Tilbə illərdir sevdiyimiz sənətçidir. Onu sevərək dinləyir və izləyirik. Sadəcə TikTok-da yanlış başlıqla xəbər hazırlanıb. Yazıblar ki, guya mən ona pul vermişəm, amma nə pulumu geri ala bilirəm, nə də mənimlə mahnı oxuyur”.

Aparıcının Yıldız Tilbə ilə əlaqə saxlayıb-saxlamaması ilə bağlı sualına isə müğənni belə cavab verib:

“Onlarla Rəhman Əliyev əlaqə saxlayıb. Hələ məhkəmə söhbəti yox idi. Bizə iki gün sonra məlumat göndərib dedilər ki, duet baş tutmayacaq. Daha sonra həmin xəbərlər yenidən yayıldı və məsələ böyüdü. Bundan sonra məhkəməyə müraciət etdilər. Amma bunun əsası yoxdur. Çünki mən o sözü efirdə deməmişəm, uşaq deyiləm ki...”

Xatırladaq ki, Vəfa Şərifova daha əvvəl qonaq olduğu verilişlərin birində Yıldız Tilbə ilə duet oxuyacağını açıqlamışdı. O, duet üçün 100 min dollar ödəyəcəyini və bu məbləği toplamaq üçün avtomobilini satışa çıxardığını bildirmişdi.

Sonradan yayılan məlumatlarda isə Vəfa Şərifovanın Yıldız Tilbəyə duet müqabilində 100 min dollar ödədiyi, lakin buna baxmayaraq layihənin baş tutmadığı iddia olunmuşdu.

Bunun ardınca Yıldız Tilbənin vəkili tərəfindən yayılan açıqlamada səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyi bildirilib və məsələnin hüquqi müstəvidə araşdırılacağı qeyd olunub.

Yasəmən, BakuPost

" target="_blank">

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
www.bakupost.az

1Mənbələr