AZ

Seda Sayan: Həyat yoldaşımla bir birimizi tanımadan evləndik

ain.az, Baku.ws saytına istinadən bildirir.

Məşhur müğənni Seda Sayan 7-ci evliliyindən danışıb.

BAKU.WS xəbər verir ki, 63 yaşlı sənətçi həyat yoldaşı Çağlar Öktenlə bir-birlərini tanımadan ailə qurduqlarını etiraf edib.

O, evliliyinin gözlənilmədən və çox qısa müddət ərzində baş tutduğunu bildirib.

Sənətçi zarafatla həyat yoldaşını "qaçırdığını" deyib.

Sayan həmçinin həyat yoldaşının onu hər kəsdən daha yaxşı tanıdığını qeyd edib.

"Biz bir-birimizi tanımadan ailə qurduq. Düşünürəm ki, o məni çox yaxşı tanıyır. Bu günə qədər məni heç kim tanımayıb", - deyə o əlavə edib.

Xatırladaq ki, Çağlar Ökten musiqiçidir. Sayanla həyat yoldaşı arasında 25 yaş fərq var. Cütlük 2022-ci ildə ailə qurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
baku.ws

2Mənbələr