AZ

Reflüks xəstələri üçün "2 saat" qaydası nədir?

ain.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli qastroenteroloq Dr. Özgür Ecemiş şokolad və kofein istehlakının reflüks simptomlarını artırdığını bildirib.

Medicina.az xəbər verir ki, Özgür Ecemiş, ümumiyyətlə "reflüks" kimi tanınan qastroezofageal reflüks xəstəliyinin cəmiyyətdə mədə tərkibinin qida borusuna geri axması nəticəsində yaranan çox yayğın bir sağlamlıq problemi olduğunu deyib.

O, reflüksdə ən çox rast gəlinən şikayətlərin ürək yanması, sinə ağrısı, ağızda acı dad və udma çətinliyi olduğunu qeyd edib. Dr. Ecemiş bəzi xəstələrdə bunun qida borusundan kənarda quru öskürək, səs xırıltısı və boğazda qıdıqlanma hissi kimi əlavə simptomlarla da özünü göstərə biləcəyini deyib.

Səhv qidalanma vərdişlərinin və piylənmənin reflüks xəstəliyinin inkişafında təsirli olduğunu bildirən Dr. Ecemiş əlavə edib:

"Yağlı, ədviyyatlı, turşulu qidalar, şokolad, kofein və siqaret çəkmək reflüks simptomlarını artıra bilər. Xüsusilə yeməkdən dərhal sonra uzanmaq mədə təzyiqini artırır və şikayətlərə səbəb olur. Müalicənin ilk addımı həyat tərzi dəyişiklikləridir.

Reflüks xəstələri arıqlamalı, kiçik porsiyalarla qidalanmalı və yatmazdan ən azı 2 saat əvvəl yeməyi dayandırmalıdır.

Reflüks diaqnozunda zəruri hallarda endoskopik müayinə aparılır və uzun müddət müalicə olunmayan xəstələrdə qida borusu zədələnməsi, xoralar və Barrett qida borusu kimi ağırlaşmaların ola bilər. Bu ağırlaşmaların erkən diaqnoz və müntəzəm müşahidə ilə qarşısı alına bilər.

Həyat keyfiyyətinə mənfi təsir göstərən reflüks düzgün yanaşma ilə idarə oluna bilər. Gecikmədən mütəxəssis həkimə müraciət edilməlidir".

Aygün

Medicina.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr