BAKI, 12 fevral. TELEQRAF
Adilet Orozbekov Qırğızıstan Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Teleqraf xəbər verir ki, müvafiq fərman Prezident Sadır Japarov tərəfindən imzalanıb.
A.Orozbekov I dərəcəli Dövlət Qulluğu Müşaviri rütbəsinə malikdir. Hərbi rütbəsi polkovnikdir.