Ermənistanın ABŞ-ın nüvə texnologiyasını seçməsi Rusiyada suallar doğurur.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan, şübhəsiz ki, zəruri hesab etdiyi istənilən tərəfdaşla işləməkdə sərbəstdir: "Lakin Amerikanın nüvə texnologiyasının seçimi həqiqətən suallar doğurur", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova bildirib ki, Vaşinqtonun təklif etdiyi kiçik atom elektrik stansiyaları, ABŞ ərazisində mövcud deyil:
"Prinsipcə onlar mövcud deyillər, yalnız kağız üzərindədirlər".
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı AES inşası ilə bağlı memorandum imzalanıb.