AZ

Makron Putinə zəng etməkdən başqa addım atmayıb - Rusiya XİN

“Frana Prezidenti Emmanuel Makron Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı barədə danışmaqdan başqa bir şey etməyib”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə məlumat verib.

"Biz keçmiş tərəfdaşlarımızı sözləri və vədləri ilə deyil, əməlləri ilə qiymətləndirməyə üstünlük veririk. Bunu dəfələrlə demişik. Buna görə də, Parisin Moskva ilə dialoqu bərpa etmək üçün əsl niyyətləri barədə heç bir illüziyamız yoxdur", - deyə siyasətçi vurğulayıb.

Zaxarova qeyd edib ki, Moskvanın dialoqdan imtina etməsi onun seçimi deyil, qərarı verən Fransa rəhbərliyi olub.

Xatırladaq ki, fevralın 3-də Makron Vladimir Putinlə təmaslar üçün texniki hazırlıqların aparıldığını açıqlayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr