AZ

Liverpul Milan ın hücumçusu ilə maraqlanır

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Liverpul" "Milan"ın hücumçusu Kristian Pulişiçlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, ingilis klubu Kristian Pulişiçi diqqətlə izləyir. Onun müqaviləsi 2027-ci ildə bitir (4 milyon avro + 1 milyon avro bonus). "Milan"ın anlaşmanı 2028-ci ilə qədər uzatmaq üçün birtərəfli seçimi var. "Pulişiç "Milan"dakı vəziyyətindən məmnundur və anlaşmanın uzadılmasını gözləyirdi. İtali klubu isə hələ futbolçuya yeni müqavilə təklif etməyib". 

Qeyd edək ki, Kristian bu mövsüm İtaliya çempionatında 16 oyun keçirib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. 27 yaşlı hücumçu İtaliya kubokunda meydana çıxdığı 3 qarşılaşmada 2 dəfə fərqlənib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
sport24.az

1Mənbələr