AZ

Strateji Xartiya ilə yeni mərhələnin başlanğıcı ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya və aparılan danışıqların mahiyyəti baxımından xüsusi tarixi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və əməkdaşlığın daha sistemli, uzunmüddətli əsaslar üzərində qurulacağını nümayiş etdirir.

Strateji Xartiyanın imzalanması siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə koordinasiyanın gücləndirilməsi baxımından mühüm addımdır. Sənəd tərəflərin qarşılıqlı etimad və hörmət prinsipləri əsasında əməkdaşlığı daha da möhkəmləndirmək niyyətini təsdiqləyir.

Danışıqlar zamanı regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-logistika imkanları, investisiya mühiti və humanitar əlaqələrin inkişafı kimi məsələlər geniş müzakirə olunub. Bu istiqamətlər üzrə əldə olunan razılaşmalar qarşıdakı dövrdə konkret layihələrin reallaşmasına zəmin yaradacaq.

Səfər eyni zamanda beynəlxalq münasibətlər sistemində tərəflərin rolunun artdığını və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. İmzalanmış Strateji Xartiya münasibətlərin gələcək inkişaf xəttini müəyyən edən əsas yol xəritəsi kimi çıxış edir və uzunmüddətli əməkdaşlığın təminatçısı rolunu oynayır.

Süleyman Tağıyev

YAP Sədərək rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
sesqazeti.az

1Mənbələr