AZ

Fənərbağça ya rəqib klubda ara qarışdı 3 cü Baş məşqçi də qovuldu

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Liqasında "Fənərbağça"ya rıqib olan İngiltərənin "Nottingem Forest" komandasında matç ərəfəsində ara yenidən qarışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu mövsüm artıq 3-cü Baş məşqçini istefaya yollayıb.

Məlumata görə, "Nottingem Forest" Baş məşqçi Şon Dayç ilə də yollarını ayırıb.

Hazırda Premyer Liqada aşağı pillədə qərarlaşan komanda son turda "Vulverhempton"la 0-0 heç-heçə edib.

Məlumat üçün bildirək ki, "Nottingham Forest" bundan əvvəl  Nuno Espirito Santo və Ange Postekoqlunu da istefaya yollayıb.

Xəbərdə o da deyilir ki, klub artıq 4-cü Baş məşqçi ilə anlaşmağa çalışır.

"The Athletic" yazır ki, klub rəhbərliyi "Fənərbağça"nın sabiq baş məşqçisi Vitor Pereyranı komandanın sükanı arxasına keçirmək  istəyir: "Portuqaliyalı məşqçi ilə danışıqlar başlayıb".

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
mia.az

1Mənbələr