FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Mübariz Əliyev vəzifəsindən azad edilib.
"Cebheinfo.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan "Qoca" ləqəbli polkovnik təqaüdə göndərilib.
Nazirin digər əmri ilə daxili xidmət mayoru Babək Zeynalov rəis əvəzi təyin olunub.
Ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.
"Cebheinfo.az"