AZ

SABAH.HUB əməkdaşı Prezidentin Gənclər Mükafatına layiq görüldü Foto

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

SABAH.HUB İnnovasiya Mərkəzinin icma üzrə baş menecer vəzifəsində çalışan Aynur Əliyeva-İsmayıllı innovasiya və sahibkarlıq sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Prezidentin Gənclər Mükafatına layiq görülüb.

Prezidentin Gənclər Mükafatı elm, təhsil, mədəniyyət, sosial fəaliyyət, gənclərlə iş və innovasiya sahələrində yüksək nailiyyətlər qazanan 14-29 yaş arası gənclərə təqdim olunan dövlət mükafatıdır.

Mükafat hər il 2 fevral – Gənclər Günü ərəfəsində verilir.

Aynur Əliyeva-İsmayıllı ölkədə innovasiya ekosistemi və sahibkarlıq icmasının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərdə iştirak edib. O, startapları, sahibkarları, ekspertləri və sənaye nümayəndələrini bir araya gətirən icma quruculuğu proseslərində fəaliyyət göstərib.

O, həmçinin SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Baku ID tədbirinin planlaşdırılması və icra proseslərində iştirak edib.

Qeyd edək ki, Baku ID regionda innovasiya və startap ekosistemini bir araya gətirən aparıcı platformalardan biridir. Burada startaplar investorlar qarşısında çıxış edir, beynəlxalq əməkdaşlıqlar qurulur və texnologiya gündəmini əhatə edən müzakirələr aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
qafqazinfo.az

2Mənbələr