AZ

Füzulidə xeyli narkotik aşkarlanıb

Füzulidə 8 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkarlanıb.
ONN media DİN-ə istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb. Həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Seçilən
20
29
onn.az

10Mənbələr