AZ

"Qarabağ" - "Nyukasl" oyununun biletləri satışa çıxır - 10 manatdan 1 000 manata qədər

UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” (İngiltərə) oyununun biletləri satışa çıxır.
 
Moderator.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər bu gün, saat 12:00-dan etibarən satışda olacaq.
 
Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN
 
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
 
VVIP sektorlar: 1000 AZN
 
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
 
Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın.
 
Xatırladaq ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukaslı" matçı saat 21:45-də başlayacaq.
 
Seçilən
23
21
moderator.az

10Mənbələr