AZ

Bavariya Noyerə əvəzləyəci tapıb

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bavariya" Manuel Noyerin mümkün ayrılığı fonunda qapıçı mövqeyi üçün alternativ variantlar üzərində işləyir. Münhen təmsilçisinin yay transfer dövrü üçün əsas namizədlərindən biri "Brayton"un qapıçısı Bart Verbruggendir. Sport24.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.Mənbənin məlumatına görə, Bundesliqa lideri 23 yaşlı qapıçını uzun müddətdir izləyir və onu komandanın gələcək planlarında mühüm fiqur kimi görür. Manuel Noyerin müqaviləsinin bu yay başa çatması klub rəhbərliyini hərəkətə keçirib.Qeyd edək ki, Bart Verbuggen "Brayton"a 2020-ci ilin yayında "Anderlext" dən qoşulub. Niderlandlı əlcək sahibi bu mövsüm bütün yarışlarda 26 oyun keçirib və 5 dəfə qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
sport24.az

1Mənbələr