AZ

Qəribə YOL HADİSƏSİ: İki yaşlı uşaq zəncirvari qəzaya SƏBƏB OLDU – VİDEO

Malayziyada iki yaşlı qızın açdığı qapı baykerləri “nokauta” salıb.

İnterpress.az xəbər verir ki, bu barədə Malayziya mətbuatı məlumat yayıb.

Malayziyada azyaşlı uşağın ehtiyatsızlığı təhlükəli yol-nəqliyyat hadisəsinə səbəb olub. İki yaşlı qız dayanan avtomobilin qapısını qəfildən açıb.

Həmin anda tıxacda qalmamaq üçün avtomobillərin arasından sürətlə keçməyə çalışan 25 yaşlı motosikletçi qapıya çırpılıb.

Hadisə nəticəsində motosikletçi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qəza bununla bitməyib; birinci motosikletçinin dərhal arxasınca gələn digər bayker də qəfil maneəyə görə idarəetməni itirərək yerə yıxılıb.

Məlumata görə, xəstəxanaya çatdırılan 25 yaşlı gəncin vəziyyəti orta-ağır qiymətləndirilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və valideynləri avtomobildə uşaq təhlükəsizliyinə qarşı daha diqqətli olmağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr