AZ

Tanınmış cütlük Dubaydan milyonluq mənzil aldı

Məşhur cütlük Fahriye Evcenlə Burak Özçivit yeni xəbərlə gündəmə gəlib.

Far.Az xəbər verir ki, ikili daşınmaz əmlakının sayını artırıb.

Birləşmiş Ərəb Əmirliklərinin turistik şəhəri Dubaya yollanan cütlük orada lüks mənzilə sahib olub.

Fahriye ilə Burakın yeni evinin qiymətinin 1 milyon dollar olduğu bildirilib.

Xatırladaq ki, Burak Özçivitlə Fahriye 2017-ci ildə ailə qurub. Onların hazırda iki övladı var.

Seçilən
16
2
far.az

3Mənbələr