AZ

Rəqəmsal dövlət Azərbaycanın gələcək inkişaf modelinin əsas xəttidir- ÖZƏL

"Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə müşavirə göstərdi ki, ölkə rəqəmsal transformasiyanı artıq ayrı-ayrı layihələr kimi yox, vahid dövlət strategiyası kimi həyata keçirmək mərhələsinə keçir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu görüşdə bir neçə çox vacib mesaj açıq şəkildə ortaya qoyuldu. Bildirildi ki, vahid idarəetmə və koordinasiya sahəsində rəqəmsallaşma pərakəndə deyil, vahid mərkəzdən idarə olunmalıdır; Süni intellektin tətbiqi və böyük data mərkəzlərinin qurulması Azərbaycanın yeni iqtisadi imkanlarından birinə çevrilir; vətəndaşın ehtiyacı olan xidmətlər daha sürətli, daha rahat, daha şəffaf şəkildə vahid platformalarda təqdim edilməlidir; dövlət sistemlərinin dayanıqlığı və milli təhlükəsizlik üçün bu sahədə institusional güclənmə əsas şərtdir; rəqəmsallaşma, AI və kibertəhlükəsizlik üzrə hər dövlət qurumunda konkret məsul rəhbərlik səviyyəsi müəyyən olunmalıdır.
Bu, əslində Azərbaycanın gələcək inkişaf modelinin əsas xəttidir: rəqəmsal dövlət + rəqəmsal iqtisadiyyat + güclü kiberdayanıqlıq. Məqsəd isə aydındır- daha çevik dövlət idarəçiliyi, daha yüksək xidmət keyfiyyəti, daha rəqabətli iqtisadiyyat və daha güclü beynəlxalq mövqeyə nail olmaqla ölkəmizin dünyada rəqabət qabiliyyətini yüksəltməkdir. Əminəm ki, yüksək koordinasiya ilə bu məqsədlərə çatacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr