AZ

Hakan Fidan: “Bölgədə yeni müharibə ola bilər”

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, əgər ABŞ bütün problemləri eyni vaxtda həll etməyə çalışarsa, hətta nüvə dosyesi üzrə danışıqlarda da irəliləyiş əldə etmək mümkün olmayacaq.

“Yeni Sabah” Financial Times-a istinadla xəbər verir ki, nazirin fikrincə, bölgədə yeni müharibə ola bilər.

Nazirin sözlərinə görə, mərhələli və realist yanaşma daha məqsədəuyğundur. Əks halda, diplomatik kanalların bağlanması regionda gərginliyin artmasına və hərbi ssenarilərin gündəmə gəlməsinə səbəb ola bilər.

 


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr