AZ

Kallas Ukraynada seçkilərin keçirilməsi qərarını pisləyib

Bakı. Trend:

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Kaya KallasRusiya ilə müharibə şəraitində Ukraynada seçkilərin keçirilməsinipis qərar kimi dəyərləndirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytındadərc olunan məlumatda qeyd edilir.

Onun sözlərinə görə, əksər Avropa ölkələrininkonstitusiyalarında ölkənin hər hansı hərbi münaqişəyə cəlbolunduğu vaxt seçkilərin keçirilməsinin qadağan edilməsi ilə bağlımüddəa mövcuddur. Bu, onunla izah olunur ki, seçkilər ölkədaxilində müxtəlif siyasi qüvvələr arasında mübarizə deməkdir.

“Xarici hücumlar davam etdiyi bir vaxtda seçkilər keçirməkmümkün deyil, çünki düşmən kənardadır və bütün səylər ona qarşımübarizəyə yönəldilməlidir. Məhz buna görə də mənim fikrimcə,müharibə zamanı seçkilərin keçirilməsi qətiyyən düzgün qərardeyil”, – deyə Kallas əlavə edib.

Məqalədə:
Seçilən
105
1
az.trend.az

2Mənbələr