ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi qərarına qarşıdır.
Reyting.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, Almaniyada Amerikanın uzaqmənzilli raketləri yerləşdiriləcəyi təqdirdə Rusiya daha effektiv əks-qüvvə qabiliyyəti yaratmaq niyyətindədir.
Diplomat onu da vurğulayıb ki, hərbi təmkin balansı əvəzinə bu cür hərəkətlər təhdidlər və əks-təhdidlər balansına gətirib çıxaracaq.
ELÇİN
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.