AZ

“Beautytime”nin rəhbəri türkiyəli məşhuru da aldadıb - 100 min dollarlıq iddia

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın Türkiyə vətəndaşına qarşı da dələduzluq etdiyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli məşhur vizajist Serhat Şen K.Həmzəyevanın onu aldatdığını bildirib.

Belə ki, vizajist onunla birlikdə “masterclass” keçirtsə də, ödənişini ala bilmədiyini, və hər kəsin pulunu özünün ödədiyini deyib:

“Şikayətçi olmaq istəyirəm, əlimdə sübutlar var. Ona görə maşınımı belə satdım. 100 min dollar pulumu aldadaraq aldı və ödəmədi. Onun hər şeyi saxtadır”.

Qeyd edək ki, Serhat Şen Türkiyənin Sibel Can, Hadise kimi məşhur müğənnilərinin vizajistidir.

Xatırladaq ki, tanınmış influser Fidan Zeyn və “Azerina” adı ilə məşhurlaşan Əfsanə Qasımlı Könül Həmzəyevanın onları aldatdığını iddia edirlər.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr