Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona rəsmi səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.Bizim.Media xəbər verir ki, təxminən 2,5–3 saat davam edən danışıqlardan sonra Tramp sosial şəbəkə hesabında açıqlama yayıb.Tramp bildirib ki, görüş “çox yaxşı keçib” və iki ölkə arasında münasibətlər güclü olaraq qalır. Lakin o, qeyd edib ki, İranla aparılan danışıqların davam etdirilməsi məsələsində israr etməsi istisna olmaqla, konkret nəticə əldə olunmayıb.Onun sözlərinə görə, ABŞ İranla mümkün razılaşmanın əldə olunmasını üstün tutur:“Əgər razılıq əldə olunarsa, bu yaxşı olar. Əgər əldə olunmasa, nəticəsinin nə olacağını görəcəyik.”Tramp həmçinin ötən il İranla İsrail arasında 12 gün davam edən qarşıdurmanı xatırladaraq, İranın əvvəlki razılaşmadan imtina etdikdən sonra hərbi əməliyyatla üzləşdiyini vurğulayıb və bu dəfə daha “məsuliyyətli davranacaqlarına” ümid etdiyini deyib.İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Təl-Əviv rəhbərliyi ABŞ ilə İran arasında razılaşma əldə olunacağına çox da inanmır. İsrail hesab edir ki, İran danışıqlarda vaxt udmağa çalışır.Netanyahu görüş zamanı İsrailin təhlükəsizlik tələblərini önə çəkib və mümkün razılaşmanın İranın nüvə silahına sahib olmasını tam və daimi şəkildə əngəlləməli olduğunu vurğulayıb. İsrail həmçinin istəyir ki, razılaşmaya İranın ballistik raket proqramı və bölgədəki hərbi təsiri də daxil edilsin.Tramp açıqlamasında Qəzzada atəşkəs və bölgədəki vəziyyəti də müzakirə etdiklərini bildirib və Yaxın Şərqdə “real mənada sülhün” mümkün olduğunu deyib.Görüşdən sonra birgə mətbuat konfransının keçirilməməsi və Netanyahunun Ağ Evdən dərhal ayrılması diqqət çəkib.Xatırladaq ki, İranla ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda dayandırılmışdı. 6 fevral 2026-cı ildə Maskatda (Oman) danışıqlar yenidən bərpa olunub. İran tərəfi görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.Ümumilikdə, görüş göstərir ki, Vaşinqton İranla diplomatik xətti qorumağa çalışır, Təl-Əviv isə daha sərt və genişmiqyaslı razılaşma istəyir. Hələlik konkret qərar və ya yekun razılaşma elan edilməyib.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.