AZ

Bioloji yaşı necə müəyyən etmək olur?

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Psixoloq Aleksandr Naycel Uilyam Teylor və idman elmi üzrə mütəxəssis Marko Arkesteyn qocalma sürətini hər kəs üçün əlçatan testlərlə müəyyən etməyin sadə üsulunu açıqlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "Independent" nəşri yazıb.

Onların sözlərinə görə, sağlamlığın ən vacib göstəricilərindən biri yerimə sürətidir. Əgər insan saniyədə təxminən 1–1,4 metr (təxminən saatda 5 kilometr) sürətlə hərəkət edirsə, bu, yaxşı fiziki vəziyyətin və normal qocalma tempinin əlaməti sayılır. Saniyədə 0,8 metrdən aşağı sürət isə sürətlənmiş qocalmaya, əzələ gücünün azalmasına və sağlamlıq risklərinin artmasına işarə edə bilər.

Teylorun sözlərinə görə, bioloji yaşı qiymətləndirmək üçün düşünmə sürətini də nəzərə almaq vacibdir. Bunun üçün “ikiqat yük”lü koqnitiv test aparmaq olar. Şəxs adi tempdə yeriyərkən eyni zamanda zehni tapşırıq yerinə yetirməlidir, məsələn, 100-dən başlayaraq 7-7 geriyə saymalıdır. Əgər bu zaman addımlar nəzərəçarpacaq dərəcədə yavaşıyırsa, hesablamada səhvlər artırsa və ya güclü gərginlik hiss olunursa, bu, koqnitiv funksiyaların zəifləməsinə işarə edə bilər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
redaktor.az

2Mənbələr