AZ

Ukraynada 60 yaşdan yuxarı kişilər də hərbi xidmətə çağırılacaq

Ukrayna Prezidenti Vladimir Zelenski, 60 yaşdan yuxarı kişilərin də orduya çağırılmasına icazə verən qanunu təsdiqləyib. Yeni qanuna əsasən, bu yaş qrupundakı kişilər bir il müddətinə müqavilə əsasında hərbi xidmətə cəlb edilə bilərlər. Hərbi vəziyyət tətbiq olunduğu təqdirdə, müqavilə bir il daha uzadıla bilər.

Vətəninfo.az xəbər verir ki, qanun layihəsinə əsasən, 60 yaşdan yuxarı şəxslərin orduya qatılması üçün müəyyən şərtlər mövcuddur. Hərbi xidmətə çağırılacaq namizədlər, xidmət edəcəkləri hərbi hissənin komandirinin yazılı razılığına malik olmalı və hərbi tibbi komissiya tərəfindən yararlı hesab edilməlidir. Zabit vəzifələrinə təyin olunmaq üçün isə, hərbi hissə komandirinin razılığı ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının da təsdiqi tələb olunacaq.

Əgər hərbi vəziyyət dayandırılarsa və ya ləğv edilərsə, 60 yaşdan yuxarı kişilərin hərbi xidmət müqavilələri vaxtından əvvəl ləğv ediləcək və onlar xidmətdən azad olunacaqlar.

Bu addım, Ukraynanın hərbi qüvvələrinin gücləndirilməsi və davam edən münaqişə şəraitində orduya əlavə qüvvə cəlb etmək məqsədi güdür.

Seçilən
17
veteninfo.az

1Mənbələr