Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Facebook səhifəsində paylaşım edib. O qeyd edib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, G. Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı.