ABŞ-a məxsus "MQ-4C Triton" uzunmənzilli elektron müşahidə pilotsuz uçuş aparatı (PUA) İranın cənub-şərq sahillərində bir neçə saatlıq uçuş həyata keçirib.
Publika.az xəbər verir ki, bunu "Flightradar24" xidmətinin məlumatları göstərir.
PUA Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfra hava bazasından buraxılıb və İran yaxınlığındakı Oman körfəzindəki beynəlxalq sular üzərində uçub.