AZ

Rusiya XİN: ABŞ Almaniyada uzaqmənzilli raketlər yerləşdirsə, Moskva cavab verəcək

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya ABŞ-ın Almaniya ərazisində uzaqmənzilli raketlər yerləşdirməsi halında daha effektiv əks-təsir potensialı formalaşdıracaq.APA xəbər verir ki, bunu “İzvestiya” qəzetinə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Əgər onlar Rusiya Federasiyasına qarşı güc potensialı yaratmaq yolu ilə gedirlərsə, başa düşməlidirlər ki, eyni, hətta daha effektiv əks-təsir potensialı yaradılacaq. Hərbi çəkindirmə üzrə balansın əvəzinə, milli maraqları və bütün tərəflərin təhlükəsizliyini nəzərə alan balansın yerini təhdidlər və əks-təhdidlər balansı tutacaq”, – deyə Qruşko qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
apa.az

2Mənbələr