AZ

Buenos-Ayresdə keçirilən etiraz aksiyalarda on dörd nəfər saxlanılıb

Buenos-Ayresdə Argentina Konqresinin qarşısında keçirilən əmək islahatlarına qarşı etiraz aksiyaları zamanı ən azı 14 nəfər həbs olunub.

"Report" xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.

İlkin məlumata görə, saxlanılanlar hüquq-mühafizə orqanları ilə qarşıdurmalarda iştirak etməkdə şübhəli bilinirlər. Təhlükəsizlik naziri Alexandra Monteolivanın sözlərinə görə, üç jandarm və bir polis əməkdaşı yaralanıb: "Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edənləri müəyyən edəcəyik".

Etiraz Argentinanın ən böyük həmkarlar ittifaqları tərəfindən çağırılıb. Dinc nümayişdə toqquşmalar bir qrup etirazçının parlament binasının qarşısında ucaldılmış metal qalxanların arxasında dayanan polisə daş və Molotov kokteyli atmağa başlamasından sonra başlayıb. Polis əvvəlcə su şırnaqlarından və göz yaşartıcı qazdan istifadə edib, daha sonra motosikletli hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı meydandan geri itələməyə başlayıblar.

Seçilən
36
1
far.az

2Mənbələr