AZ

Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton uzun illər digər ölkələrin təhlükəsizliyini təmin etməyə çalışarkən öz milli təhlükəsizliyini kifayət qədər diqqətdə saxlamayıb.

AZƏRTAC xəbər verir ki, o, bu fikirləri Vaşinqtonda 34 ölkənin hərbi liderlərinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Heqset qeyd edib ki, hazırkı administrasiya ABŞ ərazisinin müdafiəsini yenidən silahlı qüvvələrin əsas prioritetinə çevirmək niyyətindədir. Onun sözlərinə görə, sərhəddən keçən fentanil, kokain və digər narkotiklər milyonlarla amerikalının həyatına mənfi təsir göstərib.

Nazir əlavə edib ki, son illərdə qanunsuz immiqrasiyanın artması 2025-ci ildə Meksika sərhədinin qorunması üçün hərbi qüvvələrin yerləşdirilməsini zəruri edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
azertag.az

4Mənbələr