AZ

Nümayəndələr Palatası Trampın Kanadaya tətbiq etdiyi tariflərə qarşı çıxıb

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi tariflərə qarşı çıxıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Məlumata görə, qanunvericilər Kanada mallarına ticarət tədbirlərinin tətbiqi üçün əsas olan fövqəladə vəziyyətin tətbiqinə son qoyan qətnamənin lehinə səs veriblər.

Aşağı palatada respublikaçılar çoxluq təşkil edir. Nəticədə, "Reuters" agentliyi bunun Nümayəndələr Palatasının prezidentin əleyhinə çıxmasının nadir bir nümunəsi olduğunu bildirir.

Tarifləri pisləyən qanun layihəsi indi Senata göndəriləcək. Öz növbəsində, Ağ Ev prezidenti Donald Tramp ticarət tariflərinə qarşı çıxan respublikaçıların seçkilərdə dəstəyini itirəcəklərini bildirib.

Xatırladaq ki, qanunvericilərin etiraz etdiyi fövqəladə vəziyyət Tramp tərəfindən 2025-ci ilin fevral ayında elan edilmişdi. Prezident öz mandatını narkotik qaçaqmalçılığı və qanunsuz immiqrasiya ilə mübarizə vasitəsi kimi göstərmişdi. Sənəd ABŞ hökumətinə Kanada idxalına 10% tarif tətbiq etmək səlahiyyəti vermişdi.

Seçilən
47
1
far.az

2Mənbələr