AZ

ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ hərbi komandanlığı “USS Abraham Lincoln”un rəhbərlik etdiyi ikinci aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndərilməsi üçün mümkün əmr gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Pentaqon ABŞ-ın İrana mümkün hücuma hazırlaşdığı bir vaxtda əlavə zərbə qrupunun yerləşdirilməsini nəzərdən keçirir. Yenidən yerləşdirmə əmri yaxın saatlarda verilə və gəmi iki həftə ərzində ABŞ-ın şərq sahillərindən yola düşə bilər.

Lakin mənbələr qeyd ediblər ki, Prezident Donald Tramp hələlik rəsmi əmr verməyib və planlar dəyişə bilər.

Hazırda “USS George H.W. Bush” təyyarədaşıyan gəmisi Virciniya sahillərində təlimləri başa vurur və onun da regiona göndərilə biləcəyi istisna edilmir.

Tramp daha əvvəl bildirib ki, ABŞ İran sahillərinə ikinci aviadaşıyıcı zərbə qrupu göndərməyi nəzərdən keçirir və eyni zamanda Tehranla danışıqların davam etdirilməsində israrlıdır.

Seçilən
23
azertag.az

1Mənbələr