AZ

Pentaqon İrana zərbə üçün ikinci aviadaşıyıcı qrupunu HAZIR VƏZİYYƏTƏ GƏTİRDİ

Pentaqon İrana mümkün hücum fonunda ikinci aviadaşıyıcı qrupu hazırlıq vəziyyətinə gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.

Pentaqon İrana qarşı ehtimal edilən hərbi əməliyyat fonunda ikinci aviadaşıyıcı zərbə qrupuna Yaxın Şərqdə yerləşdirilmək üçün hazırlıqlara başlamağı tapşırıb.

Bu addım ABŞ-nin regiondakı hərbi gücünü artırmaq və mümkün ssenarilərə qarşı hazır olmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hələlik qrupun göndərilməsi barədə rəsmi əmr verməyib.

Lakin qeyd olunur ki, əgər Tehranla aparılan danışıqlar uğursuzluqla nəticələnərsə, bu planlar hər an dəyişə bilər və hərbi qüvvələrin bölgəyə göndərilməsi qətiləşər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr