AZ

Veysəl Rzayev bıçaqlanandan sonra - FOTO

"Kəpəz" rəhbərliyi Veysəl Rzayevə baş çəkib.

Milli.Az xəbər verir ki, Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov futbolçunu ziyarət ediblər.

Klub nümayəndələri Veysəlin səhhəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıblar.

Qeyd edək ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Veysəl Mehman Rzayev oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
42
5
milli.az

10Mənbələr