AZ

Madaqaskarda siklon nəticəsində ölənlərin sayı 30 nəfəri keçdi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Madaqaskar ərazisindən keçən güclü "Gezani" siklonu nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb, 36 nəfər isə müxtəlif xəsarətlər alıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Orange" informasiya resursu məlumat yayıb.

Ümumilikdə təbii fəlakətin zərbəsi adanın şərq sahilində yerləşən 16 bölgədə 250 000-dən çox insana təsir edib. Təxminən 7 000 sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. 17 000-dən çox ev tamamilə məhv olub, 36 000 tikili zədələnib, daha 11 000-ə yaxın bina isə su altında qalıb.

Qeyd olunub ki, siklonun mərkəzində küləyin sürəti saatda 250 km-ə çatıb. Təbii fəlakət ölkənin ikinci ən böyük yaşayış məntəqəsi və əsas dəniz limanı olan şərq sahilindəki Tuamasina şəhərini demək olar ki, yer üzündən silib - burada dağıntıların miqyası 80%-i keçib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
oxu.az

1Mənbələr