AZ

"Real Madrid" Avropa Superliqası layihəsindən çıxdığını elanETDİ

"Real Madrid" futbol klubu Avropa Superliqası layihəsindən çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, "Real Madrid" Avropa klub futbolunun rifahı naminə UEFA və Avropa Klublar Assosiasiyası (ECA) ilə prinsipial razılıq əldə edib.

"Real Madrid" bu layihədə qalan sonuncu klub idi. Beləliklə, layihə öz fəaliyyətini dayandırıb.

Xatırladaq ki, Avropa Superliqası layihəsi haqqında ilk dəfə 2021-ci ildə elan verilmişdi. Təşəbbüs FIFA, UEFA və milli assosiasiyalar tərəfindən tənqidə məruz qalmışdı. Bir neçə gün əvvəl "Barselona" da layihəni tərk etdiyini açıqlamışdı.

Seçilən
7
1
redaktor.az

2Mənbələr