
Sabirabadın Qaratəpə kənd sakini, I Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb.
Yeniavaz.com “Unikal”a istinadla xəbər verir ki, şəhid R. Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu.
34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı. Hazırda şəhidimizin adın daşıyan Rəsul adında nəvəsi var.