AZ

Avtomobil sahibinin seçimi və yaşayış şəraitindən asılı olaraq, elektromobili ev şəraitində də şarj etmək mümkündür

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Hər bir insan üçün vaxt onun həyatından gedən ən dəyərli resursdur. Bu elektromobil almağı düşünən bir insan ilk növbədə öz yaşayış şəraitini nəzərə almalıdırmı?

İnsanlar elektromobili ən rahat və səmərəli şəkildə məhz gecə saatlarında şarj edirlər ki, səhərə dolsun. Bunun üçün isə düşünürsən ki, avtomobili küçədə elektroşarj məntəqələrində şarj etməkdənsə, evdə, həyətində şarj etmək hər baxımdan daha məqsədəuyğundur. Ona görə bu gün üçün mövcud olan elektromobillərin imkanlarını, texniki xüsusiyyətlərini və real şarj şərtlərini nəzərə almaq olduqca önəmlidir.

Elektromobil almaq istəyən vətəndaşlar üçün əsas meyarlar nə olmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ev şəraitində elektromobili şarj etmək istəyən avtomobil sahibləri “Azərenerji”yə müraciət etsinlər: “Elektromobil alan şəxslər diqqət etməlidirlər ki, avtomobili yalnız rəsmi diler və distribütorlardan alsınlar. İstehsalçı zəmanətinin olması əsas şərtdir. Bu halda avtomobilin texniki xidməti və təmiri ilə bağlı problem yaranmır, həmçinin bəzi əsas hissələrə zəmanət verilir”.

Eldəniz Cəfərov

“Elektrik enerjisi ilə doldurma məntəqələrinə gəldikdə, hazırda ölkəmizdə enerji doldurma məntəqələri mövcuddur və onların sayı getdikcə artır. Eyni zamanda elektromobili ev şəraitində də şarj etmək mümkündür. Bu, artıq avtomobil sahibinin seçiminə və yaşayış şəraitinə bağlıdır. Şəraiti olanlar, xüsusən həyət evində yaşayanlar, avtomobili evdə rahatlıqla şarj edə bilərlər. Digər sürücülər isə ictimai enerji doldurma məntəqələrindən istifadə edə bilərlər.

Ev şəraitində elektromobili şarj etmək istəyən avtomobil sahiblərinə tövsiyə olunur ki, bu məsələ ilə bağlı “Azərenerji”yə müraciət etsinlər. Bu zaman kilovat gücünə uyğun xüsusi qurğular quraşdırılır ki, bu da həm enerjinin fasiləsiz təmin olunmasına, həm də qısaqapanmaların qarşısının alınmasına imkan yaradır”, - deyə Eldəniz Cəfərov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr