AZ

13 il həsrətində olduğu formanı geyindi

Hollandiya klubu PSV-də 8 yaşından bu yana çıxış edən Niek Schiks 13 illik gözləntidən sonra ilk dəfə əsas komandanın formasını geyinib. Metbuat.az xəbər verir ki, gənc futbolçu bu xoşbəxtliyə “FC Groningen”lə oyunda nail olub. Əsas və ehtiyat qapıçılar zədələndiyi üçün 21 yaşlı qapıçı bu matçda start heyətində meydana çıxıb. Niek Schiks göstərdiyi performansla qarşılaşmanın ən yaxşı futbolçusu seçilib. PSV həmin görüşdə 2:1 hesabı ilə qalib gəlib.

Oyundan sonra göz yaşlarını saxlaya bilməyən Schiks bu anı illərin zəhmətinin bəhrəsi adlandırıb.

Seçilən
7
metbuat.az

1Mənbələr