ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin nənəsinin erməni olması barədə heç bir etibarlı mənbədə məlumat yoxdur. Onun ailə kökləri ilə bağlı əsas mənbələr — rəsmi bioqrafiya, ABŞ Senatının materialları, açıq genealogiya bazaları və özünün yazdığı “Kəndlinin elegiyası” (Hillbilly Elegy) kitabı — belə bir faktı təsdiqləmir.
Turkustan.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
“Vens 1984-cü ildə Ohayo ştatında anadan olub. O, ailə tarixini xüsusilə “Kəndlinin elegiyası” kitabında ətraflı təsvir edir və özünü Appalaçi (Appalachia) bölgəsindən olan ağ işçi sinfi amerikalı kimi təqdim edir.
Anasının adı Beverli Karol Vensdir (qızlıq soyadı Hemel).
Onun nənəsi kitabda “Analar” (Mamaw) kimi tanınan Bonni Blenton Vensdir.
Blenton soyadı ABŞ-da əsasən şotland-irland və ingilis mənşəli ailələrlə əlaqələndirilir. Appalaçi bölgəsində geniş yayılmış soyaddır. Açıq genealogiya mənbələrində Blenton ailəsinin erməni və ya Qafqaz mənşəli olması barədə heç bir qeyd yoxdur.
Bioloji atasının adı Donald Ray Bovman olub. Sonradan anasının evliliyi səbəbilə soyadı dəyişib və ögey atası Bob Vensin soyadını götürüb.
Bovman soyadı ABŞ-da əsasən ingilis və alman mənşəli ailələrlə əlaqələndirilir. Bu xətt üzrə də erməni və ya Qafqaz kökü barədə heç bir məlumat yoxdur”, - o bildirib.
E.Həsənli xatırladıb ki, ABŞ kimi ölkədə vitse-prezident səviyyəsində siyasətçinin etnik kökü gizli qala bilməz:
“Əgər belə bir fakt olsaydı, ABŞ mediası bunu çoxdan araşdırar və geniş şəkildə işıqlandırardı”.
Qeyd edək ki, Vensin erməni köklərinin olması barədə iddianı bəzi erməni politoloqlar səsləndirib. /axar.az/
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.