AZ

MÜSİAD Azərbaycan Üzvləri “Ənənəvi Səhər Yeməyi” Proqramında Bir Araya Gəldi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

MÜSİAD Azərbaycan Təşkilatlanma, Üzv Qəbulu və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı, “Zivella” şirkətinin baş sponsorluğu ilə, dərnəyin üzvü Bilal Yetimovanın təsisçisi olduğu “10 Numara Restorant”da üzvlərin iştirakı ilə “Ənənəvi Səhər Yeməyi” proqramı keçirilib.

Proqramda MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyətinin üzvləri, dərnək üzvləri və Gənc MÜSİAD Azərbaycan nümayəndələri iştirak ediblər.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan ,çıxışı zamanı İctimai Birliyin həyata keçirdiyi fəaliyyətlər və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.Sədr, ictimai birliklərin ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayaraq, bu baxımdan birliyin institusional potensialının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, dərnəyin dəyərləri və missiyasına uyğun üzvlük bazasının genişləndirilməsinin, eləcə də komissiyaların fəaliyyətinin daha da təkmilləşdirilməsinin prioritet istiqamətlər sırasında yer aldığını qeyd edib.

Fuat Kayhan cari il ərzində MÜSİAD Azərbaycanın tərkibində fəaliyyət göstərəcək 10 komissiyanın, birliyin qarşıya qoyduğu strateji hədəflərin icrasında mühüm rol oynayacağını bildirib.

Tədbirin Sonunda, MÜSİAD Azərbaycan ailəsinə yeni qoşulan “Türkbay Metal Tarım ve Gıda İnşaat İç ve Dış Ticaret” MMC, “VİDAL” Özəl Sənaye Məhəlləsi və “Orvita” Autizm Evi şirkətlərinin rəhbərləri çıxış edərək, iştirakçılara özləri və təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri barədə məlumat veriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
bizimyol.info

2Mənbələr