AZ

Ərdoğan səfərdə olan liderə açıq mesaj göndərdi: Problemlərimizi həll edə bilərik!

Ankarada səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Turkustan.az xəbər verir ki, Prezident Ərdoğan Mitsotakisi Prezident Sarayında qarşılayıb. Rəsmi qarşılanma mərasimindən və birgə foto çəkilişindən sonra liderlər arasında təkbətək görüş keçirilib.

Daha sonra tərəflər Türkiyə ilə Yunanıstan arasında 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasına sədrlik ediblər. İclasdan sonra sənədlərin imzalanma mərasimi baş tutub.

Birgə mətbuat konfransında çıxış edən Prezident Ərdoğan bildirib: “Mitsotakislə görüşümüzdə Egey və Şərqi Aralıq dənizi ilə bağlı mövqelərimizi açıq və səmimi şəkildə müzakirə etdik. Egey və Aralıq dənizindəki problemlərimiz həllolunmaz deyil. İki NATO üzvü və qonşu ölkə olaraq dialoq kanallarını açıq saxlamalıyıq.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
43
1
turkustan.az

2Mənbələr