AZ

“Ermənistan yaxın günlərdə TRIPP-lə bağlı mülahizələrini ABŞ-yə təqdim edəcək“


“Ermənistan yaxın günlərdə “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə ilə bağlı mülahizələrini ABŞ-yə təqdim edəcək“.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Layihə müqaviləsi iki hökumət tərəfindən təsdiq edilmiş çərçivə sənədinə əsaslanacaq.
O izah edib ki, layihənin sonrakı qiymətləndirmə üçün texniki-iqtisadi əsaslandırması artıq başlayıb.
Paşinyan əlavə edib ki, həmçinin 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilən və “Tramp Marşrutu”nu əhatə edən razılaşmaların bir hissəsi olaraq, Ermənistan təmassız sərhəd keçidinə imkan verən biometrik pasportların tətbiqi məsələsində ABŞ ilə əməkdaşlıq edəcək.
Bu məsələ bu yaxınlarda Yerevanda ABŞ vitse-prezidenti Ceyms Devid Venslə keçirilən görüşdə müzakirə olunub.
Seçilən
5
2
yeniavaz.com

3Mənbələr